Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.
Hafta.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.
Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən dramatik görüş "Braqa"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliyada 4:2 hesabı ilə qalib gələn komandamız iki oyunun nəticəsinə görə qalib gələrək 1/8 finala adlayıb və Azərbaycan futbolunda daha bir tarix yazıb.
22 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
"Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3
Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2