"Qarabağ"dan əzmkar qələbə

22:49 21.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan "Kayrat"ını qəbul edib.

Oyunda hesabı qonaqlar açsa da "Qarabağ” sonradan 2 qol vuraraq əzmkar qələbə qazanıb. 

Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

21 oktyabr

Konfrans Liqası
H qrupu, 3-cü tur

“Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1 

Qollar: Kante, 19-pen. (0:1), Ramil Şeydayev, 79 (1:1), Abbas Hüseynov, 90+1 (2:1)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu