"Qarabağ"ın yeni himni - VİDEO

22:18 26.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib.

 

Hafta.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

 

Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.

 

Himn 17 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.