Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilir.
Əvvəlcə "Keşlə" evdə "Qarabağ"ı qəbul edib.Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Digər görüşdə "Zirə" "Səbail"in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
5-ci tur
25 sentyabr (şənbə)
“Səbail” – “Zirə” - 1:2
Qollar: Volkov, 16 (0:1), 40 (0:2), Qoxa, 45 (1:2)
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
“ASCO Arena”
“Keşlə” – “Qarabağ” - 1:1
Qollar: Zubir, 20 (0:1), Neto, 71 (1:1)
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”
26 sentyabr (bazar)
17:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”
19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”