Hesab edirəm ki, Rusiya sülhməramlılarının iştirakı ilə bağlı bütün problemlər 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış Üçtərəfli münasibətlər çərçivəsində həll edilməlidir və edilir.
Bu fikirləri hafta.az-a G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ekspert şurasının üzvü, hərbi politoloq Aleksandr Perenjiyev deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları Rusiya Müdafiə Nazirliyinə və müəyyən mənada Rusiya Xarici İşlər Nazirliyinə, nəhayət, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə tabedirlər:
"Ona görə də bütün bu kimi problemlər dövlət rəhbərləri, xarici siyasət və hərbi idarələr vasitəsilə həll edilməlidir. Eyni zamanda, diqqətinizi ona cəlb edirəm ki, sülhməramlılar öz sülhməramlı missiyasının qaydaları çərçivəsində hərəkət edirlər. Ona görə də onlar üçün separatçılar anlayışı yoxdur. Bircə anlayış var - yerli sakinlər və yerli rəhbərlik. Məhz bu konsepsiyalar çərçivəsində sülhməramlıların komandanlığının yerli əhali və onların rəhbərliyi ilə qarşılıqlı əlaqəsi həyata keçirilir..."