"Qazprom" qaz hasilatını 15% azaltdı

11:55 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin birinci yarısında Rusiyanın "Qazprom" şirkəti 221 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 14,6% və ya  37,7 mlrd. kubmetr azdır.

Bu barədə Hafta.az "Interfax"a istinadən xəbər verir.

Məlumata əsasən, cari ilin iyun ayında şirkət 30 mlrd. kubmetrə yaxın qaz hasil edib ki, bu da 2019-cu ilin iyun göstəricisindən 18% azdır.

Oxunma sayı 1719