Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
"Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşıb və rəqibini 5 cavabsız qolla məğlub edib. Bununla da ardıcıl 3-cü qələbəsini qazanan Elmar Baxşıyevin komandası xallarını 10-a çatdıraraq liderliyə yüksəlib.
18 sentyabr
“Zirə” – “Sabah” - 1:1
Qollar: Hamdaui, 49 (1:0), Periçiç, 83 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu
“Qəbələ” – “Səbail” - 5:0
Qollar: Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4
Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85 ("Səbail")
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
19 sentyabr (bazar)
18:30. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”
20 sentyabr (bazar ertəsi)
19:00. “Qarabağ” – “Sumqayıt”