"Real"dan gözlənilməz xal itkisi

21:00 18.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.

Hafta.az xəbər verir ki, bu gün lider "Real" səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb. Madrid klubu 15-ci pillədə qərarlaşan rəqibi ilə oyunda xal itkisi ilə üzləşib - 1:1. 

"Rayo Valyekano" - "Real" - 1:1
Qollar: Xoselu, 3 (0:1), Tomas, 27 (1:1)

Bu nəticədən sonra "Real" 62 xalla 1-ci, "Rayo Valyekano" 25 xalla 14-cü pillədə qərarlaşıb.

Oxunma sayı 137