Rusiya prezidenti Vladimir Putinin bəyanatından sonra Çeçenistan lideri Ramzan Kadırov Putini dəstəkləyib.
Hafta.az-ın yazdığına görə, "baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil” deyən Kadırov çeçen döyüşçülərin “gərginlik zonasına daxil olduğunu” və “üsyanı yatırtmaq lazım olduğunu” bildirib. “Bu, dövlətə çağırışdır və ordu, təhlükəsizlik qüvvələri, qubernatorlar və mülki əhali bu çağırışla üzləşmək üçün ümummilli liderin ətrafında toplaşmalıdırlar”, - deyə o bildirib.
“Üsyan yatırılmalıdır və bu, kəskin tədbirlər tələb edirsə, biz hazırıq!” deyən Kadırov Çeçenistanda Müdafiə Nazirliyi və Rusiya Qvardiyasının döyüşçülərinin artıq gərginlik zonalarına doğru yola düşdüyünü açıqlayıb. Kadırov deyib ki, o, Rusiyanın birliyini qorumaq və dövlətini qorumaq üçün hər şeyi edəcək.