"Sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsi real deyil" - BU SƏBƏBƏ GÖRƏ

13:43 04.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Baş nazirinin Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ötən gün rəhbəri olduğu “Haykakan Jamanak” qəzetində Azərbaycanın Ermənistan qarşısında qoyduğu 5 tələbi açıqlayıb. Həmin tələblər bunlardır: Qarabağdakı separatçıların silahlı dəstələri (“müdafiə ordusu”) buraxılır;  Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır; heç bir status olmur, hətta muxtariyyət belə. Ermənistan ərazisindən keçən dəhliz verir (Zəngəzur dəhlizi); Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir; İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir.

 Politoloq Turan Rzayev hafta.az-a açıqlamasında bildirib ki, rəsmi Bakı qeyd edilən tələbləri müxtəlif vaxtlarda dilə gətirib. 1-ci və 3-cü tələblər 10 noyabr bəyanatında öz əksini tapıb. 2-ci, 4-cü və 5-ci tələblər isə müxtəlif vaxtlarda Prezident İlham Əliyev tərəfindən dilə gətirilib.

Sözügedən 1919-1920-ci illərin xəritələri 1920-ci ilin 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb.

Buna baxmayaraq politoloq bu gün sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsini mümkün saysa da, real hesab etməyib.

“ Ona görə ki, sərhədlər bu xəritələr əsasında təyin ediləcəksə, o zaman Zəngəzur dəhlizinə nə ehtiyac var?

Mümkündür ki, rəsmi İrəvan bu bənd ilə əslində Bakıya qarşı Qərbin təzyiqini artırmaq, eyni zamanda danışıqlar prosesini öz xeyrinə dəyişmək istəyir. Yəni qeyd edilən 4 bənd real olsa da, sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsi real deyil. Yaxud Azərbaycanın dövlət sərhədləri həmin tarixlərdə tanınıbsa, niyə də olmasın?”

Siyasət rubrikasından digər xəbərlər