"Snayper həddi" müsabiqəsində birinci mərhələyə yekun vurulub

12:24 24.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Snayper həddi" müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib. Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.