"Sumqayıt" Serbiyadan heç-heçə ilə qayıdır

23:59 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sumqayıt” Avropada 2021/22 mövsümünə start verib.

Hafta.az-ın məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyununda Serbiyada “Çukariçki” ilə qarşılaşıb. 

Tərəflərdən heç biri yaradılan imkanlardan istifadə edə bilməyib. Qolsuz sülhlə ayrılan rəqiblər cütün taleyinə cavab görüşündə aydınlıq gətirəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
21 iyul

“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim: 
Urs Şnider (İsveçrə)
Belqrad. “Çukariçki” stadionu

Oxunma sayı 570