"Ankara “Türkiyə Yüzyılında” ölkənin ikinci ən böyük iqtisadi mərkəzi kimi aparıcı rol oynayacaq".
Hafta.az-ın yazdığına görə, bunu TravelExpo Ankara 6-cı Beynəlxalq Turizm və Səyahət Sərgisinin açılışında çıxış edən Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz deyib. O bildirib ki, Türkiyənin 2030-cu ildə turizm hədəfləri 100 milyard dollara çatmaqdır.
Cevdət Yılmaz turizmin Türkiyənin makro siyasəti baxımından əsas mövqedə olduğunu, 12-ci İnkişaf Planının TBMM tərəfindən qəbul edildiyini və bu planın cari açığı sıfır səviyyəsinə yaxınlaşdırmağı hədəflədiyini bildirib. onun sözlərinə görə, turizm bu məqsədə çatmaqda mühüm töhfə verəcək.
2033-cü il səyahət və turizm gözləntilərinə gəlincə, dünyada 15,5 trilyon dollarlıq bir böyüklüyün qeyd edildiyinə diqqət çəkən vitse-prezident, turizmin 2033-cü ilədək dünya üzrə 430 milyon daha çox insanı işlə təmin edəcəyinin təxmin edildiyini və Türkiyənin bundan daha böyük pay almağı hədəflədiyini vurğulayıb. Yılmaz Türkiyənin turizmdə pandemiyadan əvvəlki performansı üstələyən bir performans göstərdiyinə də diqqət çəkib.
Ankaranın təbiət, mədəniyyət, tarix, inanc, termal və sağlamlıq turizmi sahələrində müxtəliflik potensialına malik olduğunu bildirən Yılmaz, ötən il Ankara şəhərində 3,5 milyon ziyarətçinin qaldığını, muzeyləri isə 8 milyon insanın ziyarət etdiyini sözlərinə əlavə edib.
Turizmdə yeni bir dövrə qədəm qoyulduğunu bildirən Cevdət Yılmaz, 2028-ci ildə 70 milyon turist sayını aşmağı və 2030-cu illərdə 100 milyard dollarlıq turizm hədəfinə çatmağı planlaşdırdıqlarını ifadə edib. Yılmaz turizm sektorunun bu il 55 milyard dollara çatdığını və turizm sektorunun artan əlavə dəyər yaratdığını bildirib.