"Twitter" işçilərinin sayı azaldılıb

14:35 27.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Twitter" işçilərinin sayını 10 faiz azaldıb.

 

Hafta.az-ın məlumatına görə, "Twitter" rəhbərliyi fevralın 25-i axşam azı 200 əməkdaşını işdən çıxarıb.

 

Əvvəlki ixtisarlardan sonra şirkətdə 2000-ə yaxın işçi qalıb.

 

2022-ci ilin noyabrında İlon Mask Twitter-i satın alanda şirkətin 7,5 min işçisi var idi. İ.Mask CEO Parag Agrawal və CFO Ned Seqalı işdən çıxarıb və direktorlar şurasını ləğv edib.