100-lərlə erməni hərbçinin meyiti Şuşa ətrafında qalmaqdadır - Erməni mətbuatı

10:35 16.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan 150 erməni hərbçisinin meyiti ərazidən çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan mətbuatında deyilir. Qeyd olunur ki, bundan əlavə 100-lərlə hərbçinin meyiti döyüşlər gedən yerdə qalmaqdadır.

Ermənilərin sosial şəbəkələrdə yazdığına görə, Şuşa uğrunda gedən döyüşlərdə 800-ə yaxın erməni hərbçisi ölüb.