11 yaşlı oğlan özünü iplə asdı 

21:21 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada intihar hadisəsi baş verib.

 

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.

 

2011-ci il təvəllüdlü Cəfərov Səid Qafur oğlu yaşadığı evdə özünü iplə asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.