Yazını böyüt
Yazını kiçilt
Rusiya Federal İcra Aparatının rəhbəri Dmitri Aristov vətəndaşların borclarının qorxunc həddə çatdığını açıqlayıb. Aristov bildirib ki, icra orqanları 2 trilyon rubl və ya təxminən 26 milyard dolları müsadirə etməyə çalışır. Bir vətəndaşa düşən girov borcunun orta məbləği 360 min rubl və ya 4600 dollar təşkil edir.
Hafta.az-ın yazdığına görə, Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Aristov bildirib ki, hazırda banklara və mikromaliyyə təşkilatlarına borclarını vaxtında ödəməyən 12 milyondan çox vətəndaşın işinə baxılır.
Aristov əlavə edir ki, “pis borcların” çoxu hələ qarşıdadır. İcra departamentinin rəhbəri onu da qeyd edib ki, Mərkəzi Bankın məlumatlarına görə, 2022-ci ildə ödənilməmiş borcun həcmi 364 milyard rubl artıb.