12500-dən çox şəhid ailəsi mənzil və fərdi evlə təmin olunub

12:41 08.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu ilin əvvəlindən 3200, ümumilikdə isə 12500-dən çox şəhid ailəsi mənzil və fərdi evlə təmin olunub".

Hafta.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat"da deyib.

O bildirib ki, Bakı və Abşeron üzrə bu proses yekunlaşmaq üzrədir:

"Həmçinin 2021-ci ildə 164, ümumilikdə isə 7400-dən çox müharibə əlili avtomobillə təmin edilib", - o deyib