14 evdən oğurluq edən şəxs tutulub

15:49 14.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan Z.Hüseynovun ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun müxtəlif vaxtlarda daha 14 evdən ümumilikdə 4630 manat pul, 16800 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.