17 yaşlı gənc kanalda batdı

09:21 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.

 

FHN-dən hafta.az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.