2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilə bilər

10:40 06.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişiklik edilə bilər.

Bunu maliyyə naziri Samir Şərifov informasiya agentliklərinə açıqlamasında deyib.

“Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb.