230 kiloqram makaron meşəyə tökülüb

11:45 05.05.2023
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Nyu Cersi ştatında meşədə onlarla kiloqram makaron tapılıb. "Old Bridge"dəki müəmmalı hadisənin üstünü cəmiyyətin aparıcı simalarından olan Nina Yoxnovitz açıqlayıb.

Hafta.az-ın "New York Times"a istinadən yazdığına görə, şəhər şurasına keçmiş namizəd Yoxnovitz baş verənləri danışarkən bildirib ki, seçki kampaniyası zamanı tanış olduğu bir şəxs ötən həftə ona zəng edərək, "Dərənin kənarına atılan bir yığın makaron var" deyib. Əraziyə gedən qadın makaronu yoldan təxminən 10 metr aralıda görüb. "Atılan makaronun uzunluğu həqiqətən 7,5 metr idi", - deyib Nina Yoxnovitz.

Bələdiyyəyə məlumat verən siyasətçi təxminən 230 kiloqram ağırlığında olduğunu təxmin etdiyi makaronun fotolarını Facebook-da paylaşıb. 

Sakin Deniz Blum, "Sadəcə belə danışılırdı" deyib. "Old Bridge"dəki Via Sposito italyan restoranının sahibi Entoni Esposito məhsulu ora tökənlər haqqında heç bir fikri olmadığını söyləyib: "Düşünürəm ki, bunu kim edibsə, meşəni bəsləyir".

Şəhərin baş maliyyə direktoru Himanşu Şah dünən makaronun bir saatdan az müddətdə təmizləndiyini açıqlayıb.

Yoxnovitz makaronun bişdiyini söyləsə də, Şah onların sadəcə yağışdan islandığını iddia edib.

Nina Yoxnovitz makaronu meşəyə kim tərəfindən atıldığını öyrəndiyini, ancaq adını açıqlamayacağını ifadə edərək, cinayətkarın biznesmen olmadığını vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər