Sakarya döyüşündən sonra çay sahilində düşmənlə toqquşma nəticəsində şəhid olan 5-ci Qafqaz diviziyasının 13-cü alay üzvlərinin 102 ildir itkin düşmüş məzarları tapılıb.
Hafta.az-ın yazdığına görə, Polatlı rayonunun Sakarya çayı yaxınlığında, Tatlıkuyu məhəlləsində şəhidlərin məzarlarının yerləşdiyi əraziyə şahid daşının qoyulması və Türkiyə bayrağının sancılması mərasimi keçirilib. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub, protokol nitqləri səsləndirilib.
Polatlı İlçe Baş məmuru Murat Bulacak yaxın tarixin dönüş nöqtəsinin Sakarya döyüşü olduğunu və bu tarixi dəyərin təbliği istiqamətində son illər mühüm işlərin aparıldığını bildirib.
Polatlı Bələdiyyə Başçısı Mürsəl Yıldızkaya da bölgədə apardıqları işlər nəticəsində 4 mindən çox yeni şəhid məzarı tapdıqlarını deyib. "Bu yerləri yenidən türk tarixinə inteqrasiya etmək üçün birlikdə çalışırıq. Biz də bu dəyəri layiqincə vermək və Sakarya şəhidlərinin ruhunu yeni nəsillərə və gənclərə çatdırmaq üçün çox çalışırıq. Bu şəhidliyin tapılmasında əməyi keçən Süleyman Duman qardaşımıza, bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Əlimizdəki bütün imkanlardan istifadə edərək Polatlıda bu tarixi dəyərləri yüksəltməyə çalışacağıq”, - Yıldızkaya deyib.
Tatlıkuyu məhəlləsində şəhid məzarlarını tapan təqaüdçü zabit Süleyman Duman 1921-ci il sentyabrın 16-da Sakarya döyüşündən sonra baş verən toqquşmalarda şəhid olanların məzarlarının tapılması üçün 15 il davam edən işlərlə bağlı məlumat verib. Duman, "Keçid əməliyyatı zamanı 250-yə yaxın şəhidin olduğu rəsmi şəkildə aydındır. Bu şəhidlərdən 99-nun adını dəqiq müəyyən etdik" deyib.
Mərasimdə açılış nitqi ilə çıxış edən Polatlı Bələdiyyəsi Tarixi Əraziləri Tanıtma Mərkəzinin (POTA) koordinatoru Kadim Koç 2015-ci ildə mərkəzlərinin yaradılmasından sonra təxminən 4 min şəhidin məzarını aşkarladıqlarını söyləyib. Koç, Tarixi Milli Parklar Müdirliyi ilə birlikdə çalışdıqlarını və bölgədəki Qurtuluş Savaşı şəhidlərinin məzarlarının tapılması üçün yerli camaatdan dəstək gözlədiklərini bildirib.