29 dekabrda “Aşıq Pəri məclisi”nin konserti olacaq

15:44 20.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi davam edir.

Layihə çərçivəsində 29 dekabr saat 19:00-da “Azərbaycan qadın aşıqları” silsiləsindən “Aşıq Pəri məclisi”nin konserti təqdim olunacaq. Tədbir “Aşıq Pəri məclisi”nin yaradıcısı mərhum şairə Narınc Xatunun yaradıcılığına həsr olunub.

Qeyd edək ki, BMM-nin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür.