Yazını böyüt
Yazını kiçilt
Şirvanda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.