33 hüquqi, 6 fiziki şəxs barəsində tədbir görülüb

23:51 20.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin I yarımilində istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahəsində daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 33 hüquqi, 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Hafta.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılması (22 halda) və qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (12 halda) ilə bağlı hallar digər qanun pozuntularına nisbətdə üstünlük təşkil edib.