37 dil bilir - XALÇA YUMAQLA DOLANIR

16:15 07.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

46 yaşlı Von Smit birlikdə vaxt keçirdiyi və işlədiyi insanlardan onlarla dil öyrənib. 37 dildə və onlardan 24-də sərbəst danışan amerikalı xalçaçı Von Smitin beyninin təhlili təəccüblü nəticə ortaya çıxarıb. Smitlə bağlı ən təəccüblü detal onun müəllimlərinin diqqətini cəlb edə bilməməsi idi. Belə üstünlükləri ilə Smith xalçaları saatı 20 dollardan aşağı təmizləyir.

Hafta.az bildirir ki, 46 yaşlı Smitin ingilis, ispan, portuqal, rus, rumın, bolqar, slovak və çex dillərini mükəmməl bilməsi və onlarla başqa dilləri başa düşmək bacarığı həm dostlarının, həm də elm adamlarının diqqətini çəkib. Smit həmçinin xorvat, fin, italyan, latış, serb dillərini bilir. Orta səviyyədə fransız, alman, macar, island, uels, holland, norveç, amerikan işarə dili, polyak dillərini bilir. O, həmçinin ərəb, yunan, ivrit, isveç, eston, yapon, gürcü, indoneziya, mandarin, ukrayna, lakota, navaxo, amhar, seylon dillərini də əsas səviyyədə başa düşür.

Çoxdillilərin koqnitiv olaraq normal insanlardan necə fərqləndiyini tədqiq edən tədqiqatçılar Saima Malik-Moraleda və Evalina Fedorenko Smitin beynini tədqiq ediblər. Müayinə zamanı Vonun beyninin dili anlamaq üçün istifadə etdiyi hissələrin normaldan daha kiçik olduğu ortaya çıxıb. Smitin məlumatları Malik-Moraleda və MIT və Harvard Universitetində işləyən Fedorenkonun öyrəndiyi digər çoxdilli insanların məlumatları ilə uyğun gəlirdi.

Malik-Moraleda fərqi belə izah edir: "Öz ana dilində danışarkən dili emal etdiyi bölgələrə göndərmək üçün daha az oksigenə ehtiyac duyur. O, dildən o qədər istifadə edir ki, bu sahələri aktivləşdirməkdə həqiqətən də səmərəli olub".

The Washington Post-a danışan Smit, orta məktəbdən sonra təhsilini davam etdirməsə də, fərqli dillərdə danışan insanlarla vaxt keçirərək və onlarla işləyərək bir çox dil öyrənməyi bacarıb.
Fin, italyan və amerikan işarət dilində hekayələr danışa bilən Smit həm də Meksikadakı nahuaların danışdığı nahuatl dilində və yerli Amerika dillərindən olan Salish dillərində danışa bilir.

Smitin katalan və holland aksentləri hətta İspaniya və Hollandiyadan olanları da heyran edir.
Amma belə istedadla Smith saatı xalçaları 20 dollardan aşağı təmizləyir.

Smitin müştərilərindən biri olan Kelli Videlska onu “əsl canlı poliqlot” kimi təsvir edir. Poliqlot dedikdə bir çox dildə danışa bilən insanlar nəzərdə tutulur. Smitlə tanış olmamışdan əvvəl Kanton və Mandarin dillərinə maraq göstərdiyini bildirən Kelli, indiyə qədər YouTube-da ancaq poliqlotlar gördüyünü deyir.

Lakin ekspertlərin başqa tərifi var. 11 və ya daha çox dildə danışa bilənlərə "hiperpoliqlotlar" deyilir. Və Smith bu kateqoriyaya düşür.

Bildiyi dillərlə başqalarını heyran etməkdə maraqlı olmayan Smit ingilis və ispan dilli ailədə böyüyüb. Kiçik ikən müxtəlif dillərdə danışan insanlara heyran olduğu üçün zaman keçdikcə bu sahədə özünü daha da inkişaf etdirməyə başladı. Ancaq bu cəhd yalnız hobbi məqsədləri üçün idi.

Bu prosesdə anasının fransızca albomları və atasının almanca lüğəti faydalı oldu. Sinifində Sovet İttifaqından olan bir şagirdin olması və onun kitabxanadakı dil kitablarına əl atması da bu prosesdə təsirli olub.

Smitdə ən təəccüblü olanı onun müəllimlərinin diqqətini cəlb edə bilməməsi idi. Hətta anası onu psixoloqa da aparmışdı ki, ağlını itirmiş oğlunun problemi olub-olmadığını öyrənsin. Amma psixoloq son dərəcə intellektli olduğunu deyərək onu yola salıb.

46 yaşlı xalçaçı orta məktəbi bitirdikdən sonra işlədiyi yerlərdə bir çox dillər öyrənib. İncəsənət tarixçisi və kolleksiyaçı Meda Mladkovanın itlərini gəzdirərkən evə gələn qonaqlardan Şərqi Avropa ləhcələrini öyrənib.

Universitet tələbələrinin vaxt keçirdiyi klubda amerikan işarə dilini də xatırlayıb. Yapon dilini də könüllü olaraq akvarium təmizlədiyi restorandan öyrənib.