4 polis əməkdaşının olduğu xidməti maşın Kür çayına düşüb, həlak olan 1 polisin meyiti tapılıb

15:06 17.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1997-ci il təvəllüdlü Məmmədov Kamran Azər oğlunun axtarışları başa çatıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, Kamran Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.