551 çimərliyi olan Türkiyə dünyada üçüncüdür

11:00 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Mehmet Özhaseki bu il Mavi Bayraqlı çimərliklərin sayının 551-ə yüksəldiyini açıqlayıb. Bildirib ki, Mavi Bayraqlı çimərlik sıralamasında dünyada üçüncü olan Türkiyənin bənzərsiz gözəl çimərlikləri və dənizləri qorunur, gələcək nəsillər üçün təmiz mühit yaradırlar.

Hafta.az-ın yazdığına görə, Türkiyədə təmiz dənizlərin göstəricisi kimi qəbul edilən “Mavi Bayraq”lı çimərliklərin sayı artmaqda davam edir. Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi tərəfindən “Mavi Bayraq” meyarlarına uyğunluğu müəyyən edilən 551 çimərlik, 23 marina, 14 turizm gəmisi və 10 fərdi yaxta “Mavi Bayraq” mükafatına layiq görülüb.

Nazir bildirib ki, Türkiyədə Üzgüçülük Sularının Keyfiyyətinin İdarə Edilməsi haqqında Əsasnamə ilə dəniz çirklənməsinin qarşısının alınması ilə bağlı aparılan işlərlə dəniz suyunun keyfiyyətində əhəmiyyətli yaxşılaşmalar müşahidə edilib. Nazirin sözlərinə əsasən, dəniz suyunun keyfiyyətinin artması ilə paralel olaraq təmiz dənizlərin göstəricisi olan “Mavi Bayraq”lı çimərliklərin sayı da sürətlə artıb. Beynəlxalq miqyasda 50-dən çox ölkədə tətbiq edilən eko-etiket olan “Mavi Bayraq” proqramına Türkiyədən daxil olan çimərliklərin sayı hər il artır.