Xəbər verildiyi kimi, Çin dövləti Uxan şəhərində baş qaldıran yeni tip koronavirusa (2910-nCoV) yoluxmuş xəstələri müalicə etmək üçün xüsusi olaraq inşa edilən 1000 yataqlı xəstəxananın tikintisini cəmi 6 günə başa çatdırıb və bu qədər böyük sürətlə əldə olunan uğuru ilə dünyanı yaxşı mənada şok edib.
Hafta.az yazır ki, 2 həftəyə tikilib tamamlanacağı deyilən 1500 yataqlı xəstəxananın isə tikintisi davam edir. Məlumata əsasən, xəstələrə xidmət göstərmək üçün xəstəxanaya, Çinin 4 şəhərindən qalxan 8 hərbi təyyarə ilə 1400 tibb mütəxəssisi gətirilib.

Məlumat üçün bildirək ki, Çində indiyədək koronavirusa 20438 nəfər yoluxub. Onlardan 2788 nəfərinin vəziyyəti ağırdır. Bundan əlavə, epidemiya bu günədək 493 nəfərin həyatına son qoyub.

Amma artıq çətinliklər geridə qalıb, epidemiyanın qarşısı alınmaqdadır. Çində 632 nəfər müalicə olunaraq evə buraxılıb. Bununla da dünya ictimaiyyəti koronavirusun dəhşətli xofundan qurtulmağa başlayır.
Bu arada, Tailandda da 9 nəfər müalicə edilərək evə göndərilib.