6 milyard dollarlıq serialda yeni film

09:25 17.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Jurassic Park” pərəstişkarlarına şad xəbər... Ssenari müəllifi David Koepp məşhur serialın son hissəsi olan “Jurassic World: Rebirth”in üslubu və atmosferi ilə ilk filmə bənzəyəcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, qonaq olduğu “The Discourse Podcast”da danışan Koepp, "Ümid edirəm ki, insanlar filmi bəyənirlər. Çünki seriallar ilk üç filmdən sonra dəyişməyə başladı və mən "Tamam, üslubumuzu dəyişdirək" deməyə ehtiyac hiss etdim. Stiven Spilberqlə məni ilk filmə daha çox bənzəyən atmosfer maraqlandırırdı. İlkin mərhələdə bunu etməyi özümə borc bildim" deyib.

“Games Radar” yazır ki, "Heç kim “Spielberg”in 1993-cü ildəki orijinal “Jurassic Park” tonunu Koeppdən yaxşı bilmir".

Serialın birinci hissəsi yüksək qiymətləndirilsə də, ikinci və üçüncü filmlər tənqidçilər tərəfindən tənqid atəşinə tutulub. “GamesRadar” həmçinin yazır ki, həm pərəstişkarları, həm də tənqidçilər filmin öz atmosferinə qayıtması sayəsində məmnun qalacaqlar.

Film “Jurassic World: Rebirth” adlansa da, digər “Jurassic World” istehsalı ilə çox oxşarlığı yoxdur.

“Monsters” və “Godzilla” filmləri ilə tanınan Qaret Edvardsın rejissoru olduğu filmin yeni aktyor heyəti və tamamilə yeni hekayəsi var. Yeni hekayə haqqında soruşduqda, Koepp, "Əsl elm tərəfindən dəstəklənən böyük macəra dünyasına qayıtmaq və möhtəşəm yeni personajlar yazmaq əyləncəli idi" deyib və əlavə edib: "Hər zaman boş vərəqə sahib olmaq şansınız olmur. Serialın dinozavrlardan başqa heç bir gözləntisi yox idi”.

“Jurassic World: Rebirth” filminin baş rollarında Skarlet Conson, Conatan Bayley və Maherşala Əli çəkilib.

Təcrübəli ssenarist Koepp “Mission: Impossible” ve “Spider-Man” seriyasının ilk filmlərinin, həmçinin 2002-ci ildə “Panic Room” ve 2005 tarihli “War of the Worlds” kimi istehsalların ssenarilərini yazıb.

ABŞ-da kassa gəlirləri baxımından araşdırıldığında, 61 yaşlı Koepp, yazdığı filmlər 2,3 milyard dollardan çox gəlir əldə etməklə bütün zamanların 9-cu ən uğurlu ssenaristi olaraq önə çıxır.