6 otaqlı ev yanıb

21:54 04.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suraxanıda 6 otaqlı evdə yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.