7 otaqlı ev yanıb

19:30 01.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, rayonun Nadil kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.