791 milyon manat pensiya vəsaitinin mənimsənilməsinin qarşısı alınıb

12:43 20.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Pensiya sistemində aparılan sağlamlaşdırma tədbirləri, habelə məhkəmə qərarlarına nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya standartları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilərsə, 791 milyon manat təşkil edir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

 O bildirib ki, 1 iyun 2022-ci il tarixli operativ məlumatlara əsasən, pensiyaların orta aylıq məbləği təqribən 364 manat təşkil edir: “Bu da ilin əvvəli ilə müqayisədə 10 %, keçən ilin analoji dövrü ilə müqayisədə isə təqribən 11 % artım deməkdir”.