9 ay ərzində 571 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub

13:55 17.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 9 ayında, ümumilikdə, 571,8 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Bunun 296,7 kilometri respublika əhəmiyyətli, 254,1 kilometri yerli əhəmiyyətli, 21 kilometri isə paytaxt yollarıdır.

Oxunma sayı 490