9 basketbolçu ilə vida, 3-ü ilə yeni müqavilə

13:10 03.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Şəki" komandası doqquz basketbolçusu ilə yollarını ayırıb.

Hafta.az xəbər verir ki, bu barədə Klubun məlumatında bildirilib.

Qeyd edilib ki, bölgə təmsilçisi Tariel Yusifzadə, Məcid İsmayılov, Roti Veyr, Coş Robinson, Terens Hanter-Vitfild, Karl Conz, Tomi Lyuk, Pol Dibal və Adebayo Oduleye ilə vidalaşıb.

Ötən mövsüm komandada çıxış edən basketbolçulardan Şəki məktəbinin yetirmələri – Kamal İmamverdiyev, Tərlan Abduləzizov, eləcə də millinin üzvü Ərcan Donatla yeni müqavilə bağlanılıb.