9-cu Türk Dünyası Sənədli Filmlər Festivalına 300 əsər müraciət edib

09:14 09.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk Dünyası Sənədli Filmlər Festivalına türk toplumlarının yaşadığı ölkələrdən 300 müraciət gəlib.

Hafta.az-ın yazdığına görə, Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin tərəfdaşlığı, TÜRKSOY və Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi, TİKA və YTB-nin dəstəyi ilə keçiriləcək festival , universitetlər, peşə təşkilatları, qeyri-hökumət təşkilatları və mətbuat təşkilatları ilə ortaq şəkildə “məzlumlara azadlıq” mövzusu ilə təşkil edilir. Bu il 9-cu dəfə təşkil olunacaq festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, KKTC, Macarıstan və Makedoniya iştirak edir. Bir çox ölkədən 300 sənədli film üçün müraciətlər arasından seçilmiş 147 əsər qiymətləndirilmək üçün ilkin münsiflər heyətinə göndərilib.

Ankarada TÜRKSOY Baş Katibliyində açılacaq festivalın münsiflər heyətinin iclası sentyabrın 14-də onlayn keçiriləcək. Müxtəlif nominasiyalarda 10 filmə mükafatların veriləcəyi festivalda “Bədii sənədli film”, “Qısa sənədli film” və “Tələbə sənədli filmi” kateqoriyalarının qalibləri sənədli film rejissorları və akademiklərdən ibarət ilkin münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Osmaniyə, Niğdə, Bakı, Almatı, Bişkek, Daşkənd, Lefkoşa, Budapeşt və Skopye şəhərlərində film nümayişlərinin keçiriləcəyi festival noyabrın 15-də yekun bildiriş toplantısı və bağlanış mərasimi ilə sona çatacaq.