İki avtomobil toqquşub - Xəsarət alanlar var

15:42 24.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə saat 14 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət var. Onlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.