İki cüdoçumuz açıq Avropa turnirində qızıl medal qazanıb

21:34 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.

Hafta.az xəbər verir ki, yarışın birinci günündə cüdoçularımızdan Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) üçüncü yeri tutublar.

İki gün davam edəcək yarışda Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.

Oxunma sayı 239