Marvel kainatında Frank Kastl, yəni “Cəzalandırıcı” obrazını canlandıran Con Bernthal "Jimmy Kimmel Live" proqramında Tom Hollandın həyatını necə dəyişdiyindən danışıb.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, 48 yaşlı amerikalı 2017-ci ildə çəkilmiş " Pilgrimage" filmində britaniyalı aktyorla birlikdə çalışdığını xatırladaraq, "7-8 il əvvəl film çəkmişdik. Orada Tom “Hörümçək adam”, mən isə "Cəzalandırıcı" rolunda iştirak etmişdik. Əslində, bir-birimizin dinləmə kasetlərini hazırlamışdıq" deyib.
Hazırda Kristofer Nolanın maraqla gözlənilən “The Odyssey” filmində çəkiləcək aktyorlardan olan Bernthal o zaman hələ 20 yaşı olmayan Holland haqqında bu açıqlamaları verib: “O, çox diqqətli idi və bunun gözəl olduğuna inanırdı. "Mən “Hörümçək adam”am deyərdi. O, həqiqətən bu rolu ala biləcəyinə inanırdı. Çoxları yəqin ki, “Hörümçək adam” olmaq istəyir. Hollandı tanıyanda və özünü necə təqdim etdiyini görəndə onun niyə indi ulduz olduğunu başa düşürsən”.
Bernthal zarafatla Tom Hollandın uğurunu öz üzərinə götürüb. O, gənc aktyora "Divara çıx və ikiqat salto et" kimi məsləhətlər verdiyini deyib. Tom Holland da əslində Berntalın həmin videoda dediyini edib.
Sony-nin 2016-cı ildə başlayan “Spider-Man” trilogiyasında Peter Parker obrazını canlandırmaqla şöhrət qazanan aktyor, gələn il nümayişi planlaşdırılan “Avengers: Doomsday” və “Spider-Man: Brand New Day” filmlərində də eyni rolu oynayacaq.
İlk dəfə Netflix-in 2016-cı ildə yayımlanan “Daredevil” serialının ikinci mövsümündə Frank Kastl obrazını canlandıran Bernthal, daha sonra 2017-2019-cu illər arasında öz serialı olan “The Punisher”ı çəkib.
Bernthal bu yaxınlarda Disney+-da “Daredevil: BornAgain”in birinci sezon finalındakı rolunu təkrarlayıb.