Yazını böyüt
Yazını kiçilt
Son bir ildə Rusiya sanksiyalara baxmayaraq, xaricdə 80 milyard dollar məbləğində nağd pul, daşınmaz əmlak və digər əşyalar şəklində aktiv toplaya bilib.
Bloomberg yazır ki, bu, Rusiyanın özünün ixrac etdiyi mallardan 227 milyard dollar təşkil edən izafi mənfəətin təxminən üçdə biri deməkdir.
"Avropanın Rusiyanın enerji sektorunu hədəfə almasında gecikmələrə görə, Kreml öz tarixində ən böyük cari əməliyyatlar hesabının profisitini toplaya bildi. Bu faktiki olaraq 2022-ci ilin martında mərkəzi bankın aktivlərinin dondurulmasının təsirini kompensasiya etdi, çünki Rusiya enerji sektorunu geri qaytara bilərdi” deyə İngiltərədəki Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun iqtisadçısı Mariya Şagina iddia edir.