İran və İsrail arasında artan gərginlikdən narahatıq - XİN

14:31 14.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.

Hafta.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki paylaşımında bildirib.

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - XİN bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.

Oxunma sayı 69
Siyasət rubrikasından digər xəbərlər