Yazını böyüt
Yazını kiçilt
İran XİN başçısı Abbas Əraqçi Körfəz ölkələrinin həmkarları ilə telefonla danışıb.
Hafta.az xəbər verir ki, İranın Xarici İşlər naziri Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Küveyt, Bəhreyn və İraq həmkarları ilə telefon danışığı apararaq onlara son hadisələr barədə məlumat verib.
Əraqçi ABŞ və İsrailin İrana endirdiyi zərbələri BMT Nizamnaməsinin əsas prinsiplərinin kobud şəkildə pozulması və beynəlxalq sülh və təhlükəsizliyə qarşı açıq cinayət adlandırıb.