İrandan Azərbaycan sərhədi ilə Səudiyyə Ərəbistanın 18 diplomatı və 5 Tacikistan vətəndaşı təxliyə edilib

13:08 01.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

Hafta.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 12.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsin ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı 5 nəfər Tacikistan vətəndaşı, 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndələri ölkəmizə təxliyə olunub.