İsmayıllı meşəsində narkotik əkən şəxs saxlanıldı

15:56 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəhər sakini Qorxmaz Rəsulov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, onun meşəlik ərazidə becərdiyi 12 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxunma sayı 66