Lənkəranda beynəlxalq şahmat festivalına START

10:53 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Şahmat Turu” çərçivəsində “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.

Hafta.az xəbər verir ki, Şahmat Federasiyasının (AŞF) məlumatına görə, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunurlar.

AŞF ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında reallaşan turnir reytinqlərə uyğun olaraq, A və B qrupu olmaqla, iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.

200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu 22 min 650 manat təşkil edir. Turnirin baş hakimi Şaiq Quliyevdir.