İsrail Gürcüstanı “qırmızı zona”ya daxil olan ölkələr siyahısına əlavə edib

18:11 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail dövləti Gürcüstanı koronavirus pandemiyası ilə əlaqədar “qırmızı zona” elan olunmuş ölkələr siyahısına daxil edib.

Hafta.az xəbər verir ki, bu barədə İsrailin Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 30-dan Gürcüstan “qırmızı zona” ölkələri sırasına daxil edilir və İsrail vətəndaşlarının bu ölkəyə, eləcə də həmin ölkələrdən İsrailə səfərlərə icazə verilməyəcək.

Səfirlikdən bildirilib ki, bu qərara hər həftə baxılacaq və epidemioloji vəziyyət sabitləşdikdən sonra Gürcüstan həmin siyahıdan çıxarıla bilər.

Qeyd edək ki, Gürcüstanda epidemioloji vəziyyət yenidən pisləşib. Son sutka ərzində ölkədə daha 2460 nəfərdə koronavirus aşkarlanıb, 20 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 398 min 81-ə, ölənlərin sayı isə 5656-ya çatıb.

Oxunma sayı 703