Antalya hava limanı iyulun 22-də yenidən rekord qırıb. Ümumilikdə 1162 təyyarə yerə enib havaya qalxıb, 210 min sərnişinə xidmət göstərilib. İstanbul Hava Limanı isə Avropanın ən işlək hava limanı adını alıb.
Hafta.az-ın yazdığına görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib ki, 22 iyulda Antalya Hava Limanı 19587 daxili və 190557 beynəlxalq olmaqla cəmi 210144 sərnişinə xidmət göstərib. Həmin gün 111-i daxili, 1051-i beynəlxalq xətt üzrə olmaqla ümumilikdə 1162 təyyarə enib və ya yola düşüb.

10-16 iyul tarixləri üçün açıqlanan hava trafiki statistikasına görə, İstanbul Hava Limanı Avropada birinci yerdədir. Nazir Uraloğlu, “İstanbul Hava Limanının gündəlik orta hesabla 1487 uçuşla Avropanın ən işlək hava limanı olduğunu söyləyib. Nazir Uraloğlu, "Ölkəmizin hava limanları arasında İstanbul Hava Limanından sonra ikinci və dünyada 7-ci olan Antalya hava limanında orta hesabla 1018 uçuş gerçəkləşdi” deyib.