İsveçrədə olan Rusiya Mərkəzi Bankının vəsaitlərinin miqdarı açıqlandı

19:31 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Bankının İsveçrədəki vəsaiti təxminən 7,4 milyard frank (təxminən 8,3 milyard dollar) təşkil edir. Bu məlumatı çərşənbə günü İsveçrə hökuməti dərc edib.

"Rusiya Federasiyası Mərkəzi Bankının İsveçrədə yerləşən ehtiyatlarının və aktivlərinin ümumi həcmi təxminən 7,4 milyard frank təşkil edir", - hesabatda deyilir. Vurğulanır ki, bu barədə hökumətə mayın 10-da İqtisadi məsələlər, təhsil və tədqiqatlar üzrə federal departament (nazirlik) məlumat verib. Hökumət xatırladıb ki, martın 29-da “ehtiyatların və aktivlərin hesabat verilməsi üçün məcburi edilməsi” barədə qərar qəbul edib.

Hökumətin qeyd etdiyi kimi, İsveçrə Avropa İttifaqında Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərinin mümkün istifadəsi ilə bağlı müzakirələri diqqətlə izləyir. "Aİ çərçivəsində Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərinin investisiya məqsədləri üçün istifadə edilməsi və onların gəlirlərinin Ukraynanın bərpasına yönəldilməsi imkanları ilə bağlı müzakirələr aparılır. İsveçrə bu dosyeni diqqətlə izləyir", - məlumatda deyilir.