Avropa İttifaqının hüquqşünasları bu fikirdədirlər ki, ittifaq banklardan Rusiyanın aktivləri ilə bağlı daha ətraflı hesabat tələb etməlidir.
Hafta.az-ın "Bloomberg"ə istinadən yazdığına görə, Rusiya Mərkəzi Bankının təxmin edilən aktivlərinin həcmi 258 milyard dollar olsa da, indiyədək müəyyən edilən aktivlərin məbləği cəmi 36,4 milyard dollardır.
İttifaqın hüquq xidməti xəbərdarlıq edir ki, donduulmuş aktivlərin Ukraynanın restrukturizasiyası məqəsdilə istifadə edilməsi üçün birinci şərt bu aktivlərin hansı banklarda yerləşdiyini konkret müəyyənləşdirməkdir.
Agentlik yazır ki, 258 milyard dollarlıq rəqəm Rusiya Mərkəzi Bankının 2022-ci ildə dərc etdiyi hesabatdan götürülüb və əslində təxmindir.
Rusiya mediası "Bloomberg"in xəbərini "Aİ dondurulmuş Rusiya aktivlərinin 86 faizinin harada olduğunu tapa bilmədi" başlığı ilə verib.